Afət Fərmanqızı məhkəməyə gəlmədi: Göndərdiyi sənəd təəccüb doğurdu

Müğənni Afət Fərmanqızı hamilədir. 

Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ifaçının vəkili məhkəməyə onun 10 həftəlik hamilə olduğu barədə sənəd göndərib.

Bu səbəbdən məhkəmə təxirə salınıb.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib. 

Verdiyi açıqlamasında Afət Fərmanqızı hamilə olduğunu təsdiqləyib:

“Bəli, 10 həftəlik hamiləyəm. Ürəkbulanmam olduğu üçün məhkəmə prosesində iştirak edə bilmədim”.   

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest