Aeroport yolundakı qəzada xəsarət alanların adları bilindi – SİYAHI

Bakıda avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 16 nəfərin adları məlum olub.

Hadisə nəticəsində xəsarət alanlardan 8 nəfərinin qadın, 8 nəfərinin isə kişi olduğu bildirilir.

Trend-in məlumatına görə, xəsarət alanlardan 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1999-cu il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Ağayeva Aygül Səməd qızı, Əliyeva Zərifə İsmayıl qızı, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində digər xəsarət alanlar- 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Əsədova Mətanət Nurulla qızı, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı və 1972-ci il təvəllüdlü Mənsurova Samirə Vaqif qızı isə müxtəlif dərəcəli bədən xəasarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı yüngül xəsarətlər alan 7 nəfər – 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1986-cı il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Salam oğlu, 1975-ci il təvəllüdlü Zeynalabdinov Ramiz Vüsal oğlu, 1993-cü il təvəllüdlü Tağıyev Sürət Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Məmmədov Elvin Zakir oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

Hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb. Yük maşınının 19 yaşlı sürücüsü saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest