Aclıq hissini necə ram etmək olar?

Aclığın həm fizioloji, həm də psixoloji ehtiyac olduğunu bilirdinizmi?

O, mədədə xoşagəlməz hiss, fiziki zəiflik və yorğunluq, yemək istəyi ilə müşayiət olunmaqla bədənimizin fizioloji ehtiyacını əks etdirir.

Yemək istəyi həm də şüurumuzun psixoloji ehtiyacıdır. O, çox qısa müddətdə fizioloji bir ehtiyaca çevrilir.

Aclıq hissi bir neçə yolla aradan qaldırıla bilər.

Məsələn, kalori qəbulu. Nə qədər artıq çəki atmaq arzusunda olsanız da, hər hansı bir yeməyin kalori tərkibi çox da azaldılmamalıdır. Əks halda daimi aclıq yaşayacaqsınız.

Bədəninizin işləməsi üçün lazımi “yanacağı” təmin etmək məqsədilə gün ərzində kifayət qədər protein qəbul edin.

Yeməklərinizi planlaşdırın. Yemək planınızın bir hissəsi olaraq kaloriləri və zülalları gün ərzində bərabər paylayın.

Aclığın ancaq yemək haqqında düşündüyünüz üçün yarandığını anlayanda diqqətinizi bu fikirlərdən yayındırmağa çalışın. Evdə, ofisdə gəzişin, bir az su için, nə isə oxuyun.

Bütün bunlar sizi artıq qidadan yayındıracaq və yersiz aclıq hissinin öhdəsindən gəlməyə köməklik edəcək.

Mənbə: inosmi.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest