Abşeronda silahlı narkotacir saxlanıldı – FOTO-VİDEO

Abşeron rayonunda silahlı narkotacir saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Masazır qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Sərdar Talıbov tutulub.
Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub.
Araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.
Faktla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest