ABŞ təklif etdi Ərdoğan rədd etdi

ABŞ S-400 müdafiə sistemləri ilə bağlı Türkiyəyə yeni təklif irəli sürüb.

İddialara görə, ABŞ-ın təklifi belə olub:

1. ABŞ hökuməti Türkiyədən S-400 müdafiə sistemlərini işə salmadığına və buna dair yazılı təminat istəyib.

2. ABŞ bu yazılı təminatı Konqresə təqdim edərək, Türiyəyə qarşı bütün sanksiyaları ləğv edəcək.

3. S-400 müdafiə sistemlərinin işə salınmadığı amerikalı hərbçilər tərəfindən yoxlanılacaq. Bu yoxlama mexanizmi yazılı təminatda yer almalıdır.

Məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan təklifi rədd edib. Türkiyə dövləti bu təklifi ölkənin suveren hüquqlarının pozulması kimi dəyərləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest