ABŞ Konqresi Ukraynaya əlavə 40 milyard dollara yaxın vəsaitin ayrılmasını TƏSDİQLƏDİ

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə Nümayəndələr Palatasının saytında yayımlanıb.

Belə ki, 368 konqresmen təşəbbüsün lehinə, 57-si əleyhinə səs verib.

Qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək.

Senatın demokratik çoxluğun lideri Çak Şumer  təşəbbüslə bağlı səsvermənin mümkün qədər tez təşkil ediləcəyini bildirib.

Paket Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra imza üçün Co Baydenə göndəriləcək.

Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur.

Qeyd edək ki, əlavə maliyyə üçün Konqresə sorğu daha əvvəl ABŞ prezidenti Co Bayden tərəfindən göndərilib. O, qanunvericiləri onu dərhal təsdiq etməyə çağırıb. Bayden xəbərdarlıq edib ki, əks halda Birləşmiş Ştatlar tezliklə Kiyevə yardımı dayandırmağa məcbur olacaq, çünki Konqresin əvvəlki resursları praktiki olaraq tükənib.

Bayden ilkin olaraq Kiyevə əlavə 33 milyard dollar yardım istəyib. Daha sonra Amerika mediası bu məbləğin Konqresdə 40 milyard dollara qədər artırıldığını yazıb.

İqbal Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest