ABŞ-ın məşhur jurnalisti Heydər Əliyevin 1991-ci ildə çəkilən özəl fotosunu PAYLAŞDI

ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz Heydər Əliyevin 1991-ci ilə aid özəl fotosunu yayımlayıb. 

Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edən Amerikanın məhşur jurnalisti Tomas Qoltz öz şəxsi “Facebook” səhifəsində Ulu Öndər Heydər Əliyevin 1991-ci ilin sonlarına aid fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Azərbaycanın Naxçıvan eksklavı (Naxçıvan Muxtar Respublikası – Red), Kremldən sonrakı dövrdə Heydər Əliyevlə ilk görüş. AD GÜNÜNÜZ MÜBARƏK!”. – deyə paylaşımında yazıb

Qeyd edək ki, Rusiyadan Naxçıvan Muxtar Respublikasına qayıdan və doğulub-böyüdüyü Naxçıvanın ən çətin günlərində orada fəaliyyətə başlayan, blokadada qalan məmləkətini yalnız qoymayan Ulu Öndər Heydər Əliyev o zaman da dünyanın diqqət mərkəzində idi.
Ümmummilli Lider həmişə olduğu kimi zəkası ilə o zamankı media işçilərinin də diqqətini cəlb etmişdi.

1991-ci ildə Heydər Əliyevlə görüşən xarici jurnalistlərdən biri də məhz Tomas Qoltz idi. Tomas Qoltz Naxçıvana gedərək ilk dəfə şəxsi təşəbbüsü ilə Heydər Əliyevlə görüşüb və bu silsilə görüşlər Heydər Əliyevin vəfatına kimi davam edib. 

Leyla Şah.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest