ABŞ-ın Əfqanıstanda törətdiyi vəhşilikləri sübut edən daha bir baza aşkar olunub

“Taliban” silahlıları Kabil yaxınlığında ABŞ-ın gizli bazasından görüntülər yayıb.

“Duz çuxuru” kod adı verilən müəssisədə əsgərlərə təlim keçilib, həmçinin həbsxana olaraq da istifadə edilib.

Görüntülərdən belə çıxır ki, ayrılmazdan əvvəl amerikalılar onları nüfuzdan sala biləcək hər şeyi məhv etməyə çalışıblar – bina bütünlüklə yandırılıb.

Bazanın miqyasını göstərən peyk görüntüləri “The New York Times” nəşri tərəfindən dərc edilib.

Jurnalistlərin dediyinə görə, “Duz çuxuru”nda məhbuslarla pis rəftar edilib: onlar təcavüzə məruz qalıb, dar yerlərdə qapadılıb, yuxudan məhrum edilib və müxtəlif işgəncələr görüblər.

Nəşr əmindir ki, ABŞ ordusu ayrılmazdan əvvəl izləri xüsusi olaraq məhv edib ki, heç kim Əfqanıstanda insan hüquqlarının pozulduğunu bilməsin və məhbusların hansı şəraitdə saxlanıldığını görməsin.

Heç bir rəsmi sənəddə “Duz çuxuru”nun varlığı haqqında məlumat yoxdur. Mətbuatın yazdığına görə, onun inşasına 2002-2004-cü illərdə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest