ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər

Rəsmi Vaşinqton Gürcüstan hökumətini cinsi azlıqların əleyhidarları tərəfindən törədilən zorakılıq hallarını araşdırmağa çağırır və qonşu ölkəyə qarşı sanksiyaların tətbiq olunacağını istisna etmir.

TASS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinq zamanı Gürcüstanın bəzi vəzifəli şəxslərinə qarşı saksiyaların tətbiqilə bağlı sualı cavablandırarkən bildirib.

O, bütün gürcü siyasətçilərini zorakılığı pisləməyə, ölkə hökumətini isə günahkarların ədalət məhkəməsi qarşısında cavab vermələrini təmin etməyə səsləyib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest