ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəldi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfərə gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İkigünlük səfər çərçivəsində F.Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, F.Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub, ölkə rəhbərliyi ilə danışıqlar aparıb. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest