ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi “Twitter” hesabında paylaşım edilib.

“Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri qoşunların çıxarılması, sərhədin demarkasiyası və saxlanılanların geri qaytarılması da daxil olmaqla gərginliyi azaltmağa çağırırıq”, – deyə paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest