ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti tarixi maksimuma çatır

ABŞ-da yanacaqdoldurma məntəqələrində 24 may tarixinə benzinin qiyməti yenidən tarixi maksimumu yeniləyib və orta hesabla qallon üçün 4,598 dollar təşkil edib. Bu barədə ölkənin yanacaq bazarında qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyası məlumat verib.

Məlumata görə, həmin gün “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,598 dollara (əvvəlki gündən iki sent artıb), dizel yanacağının qiyməti isə bir qallon üçün 5,549 dollara çatıb.

ABŞ-da artıq bir neçə aydır ki, benzin qiymətlərində davamlı artım müşahidə olunur və bu artım üzrə rekord səviyyələr müntəzəm olaraq yenilənir. Son həftələr ölkədə yanacaqdoldurma məntəqələrində benzinin qiyməti bir qallon üçün 4,5 dolları keçibsə, bir il əvvəl bu rəqəm üç dollar səviyyəsində idi. Hazırkı administrasiyanın yanacağın bahalaşmasına müqavimət göstərmək cəhdləri isə indiyədək nəzərəçarpacaq nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest