ABŞ-da silahlı şəxs küçədə səkkiz nəfəri yaralad

ABŞ-ın Oreqon ştatının Portland şəhərində baş verən atışma nəticəsində ən azı səkkiz nəfər yaralanıb.

TASS agentliyi xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kritiktir.

Hüquq-mühafizə orqanının verdiyi məlumata görə, cinayətkar polis gələnə qədər qaçmağı bacarıb.

Hüquq-mühafizə orqanları ərazini xüsusi nəzarətə götürüb, hadisənin motivləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest