ABŞ-da məktəbdəki atışmada 14 şagird və bir müəllim həlak olub

ABŞ-ın Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində atışma baş verib.

Məlumata görə, atəş açan şəxs artıq saxlanılıb. O, məktəbdə barrikada qurub. Şagirdlər və əməkdaşlar təxliyə edilib.

Atışma nəticəsində azı 14 şagird və bir müəllim ölüb.

Bunu ştatın qubernatoru bildirib. Onun sözlərinə görə, hazırda 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San Antonio şəhərindəki xəstəxanaya çatdırılıb.

Bundan əlavə, 45 yaşlı bir şəxs də güllə yarası alıb.

Məktəbdə 600-ə yaxın uşağın təhsil aldığı bildirlib. Hadisə ilə əlaqədar ərazidəki digər məktəblər bağlanıb.

Qeyd edək ki, Uvalde San Antoniodan 140 km qərbdə və Ostindən 235 km cənub-qərbdə, Meksika ilə sərhəddə yerləşir.

Mənbə: rbc.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest