Abbas Abbasov diaspora sədrini Rusiyadan DEPORTASİYA ETDİRDİ – SƏBƏB

Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.

O, və  vaxtlə iş adamı Fren Elkapone ləqəbli Füzuli Məmmədovun köməkçisi kimi çalışmış, “Patriot tv” Youtube kanalının rəhbəri Ceyhun Əliyev də deportasiya olunub. Onlar  Moskvanın “Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.

Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarmaqla yanaşı 5 min rubl məbləğində cərimələyib. Qalib Ağayev əslən Mingəçevirdəndir. O, uzun illərdir, Moskvada yaşayırdı. Azərbaycanlıların Rusiyada fəaliyyət göstərən “AzərRos” diaspora qurumunun rəhbərlərindən sayılırdı. 

Məlumat üçün bildirək ki, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiyaya köçəndən sonra “AzərRos”a rəhbər gətirilmiş və bu, Qalib Ağayev və daha bir neçə nəfərin narazılığına səbəb olmuşdu. Ağayev zaman-zaman Abbasovu sərt şəkildə tənqid etmişdi. 

Moskvadakı mənbəmizin məlumatına görə, Ağayevin deportasiyasını məhz Abbasovun təşkil etdiyi ehtimal olunur. Güc strukturlarındakı adamları vasitəsilə əvvəlcə onun haqqında məhkəmə hökmü çıxarılıb, sonra isə Rusiyadan Azərbaycana göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest