Həkim azərbaycanlı məşhurun anasını səhv əməliyyat etdi: QADIN KEÇİNDİ – FOTO

“Bilirdiniz anan dünyasını dəyişəcək?”.

Bu sualla Zaur Nəbioğlu verlişində qonağı olan Mətanət Əsədovaya müraciət edib.

Müğənni hər şeyin qəfil baş verdiyini qeyd edib:

“Anamın belə qısa zamanda dünyasını dəyişəcəyini bilməzdik. Hər şey bir anda oldu. Həkimin səhv əməliyyatının ucbatından mənim anam dünyasını dəyişdi. Mən havalanmışdım. Anam əməliyyatdan çıxdı, 15 dəqiqə sonra keçindi. Əməliyyatdan çıxandan sonra dayanmışdıq anamın başının üstündə. Anam orada mənə çox xeyir-dua verdi. Gözünü açıb üzümə baxdı, “Oğlum-qızım, Mətanət. Yaşamağım, geyimim-keçimim -hər şeyim, Mətanət” dedi. “Bala, Allah səni bu dünyada heç vaxt quyuya salmasın” dedi. Elə ondan sonra gözümü açdım ki, mən xəstəxananın həyətində torpağın içində qıvrılıram. Məni o qədər ora-bura dartıblar, əlimi-qolumu tutub saxlamaq istəyiblər, gördüm torpağın içində eşələnirəm, mən yoxam”.

Məhəmməd Vaqif

Məqaləyə dair fotomateriallar:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest