İkinci dəfə evlənən cütlük 3 dəqiqəyə boşandı

Məşhur türkiyəli müğənni Sinan Akçıl və həyat yoldaşı, aktrisa Burcu Kıratlı ikinci dəfə boşanıb.

Cütlük barışmaq üçün cəhd etmədiklərini və 3 dəqiqə ərzində boşandıqlarını bildiriblər.

Qeyd edək ki, son vaxtlar Sinan Akçıl boşanacaqları ilə bağlı açıqlamalar verib:

“Bu istənilən evlilikdə baş verə biləcək haldır. Hər gün danışırıq, həll etməyə çalışırıq. 4-cü Leventdəki böyük mənzili Burcuya qoyub, özüm ayrı yerə köçdüm. Amma sonda hansı qərarı verəcəyimizi indi bilmirəm. Bu boşanma da ola bilər, evliliyi eyni dam altında davam etdirmək də ola bilər. Burcu sevdiyim və iki dəfə evləndiyim qadındır. Onun məndə yeri danılmazdır. İkinci dəfə evlənəcək qədər əhəmiyyət verdiyim qadındır”.

“Bəli, hazırda boşanma vəziyyətimiz var, amma gözləyirik. Narahat olacağımız bir şey yoxdur. Sadəcə gözləyirik. Nəticəni tezliklə görəcəyik” ,- Burcu Kıratlı mövzu ilə bağlı bildirmişdi.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest