Dünyanın ən qəribə rekordları: 69 uşaq anasıdır…

Dünyanın ən qəribə rekordlarını təqdim edir.

– Ən böyük quş yumurtası dəvəquşudur. Uzunluğu 15-20 santimetr, çəkisi orta hesabla 1,7 kiloqramdır. Qaynadılaraq bişirilməsi təxminən 40 dəqiqə vaxt alır.

– Dünyada ən çox övladı olan qadın 1707-1782-ci illərdə yaşamış rus qadındır. O, 16 əkiz, 7 üçəm və 4 dördəm olmaqla 69 uşaq dünyaya gətirib.

– Bir doğuşla dünyaya makasimum 6 uşaq gəlib.

– İndiyədək yaşamış ən ağır çəkili insan Vaşinqtonda yaşayan Con Brover Minnoçdur. Onun 635 kiloqram çəkisi olub.

– İnsanda orta hesabla 80 trilyon hüceyrə var. Əgər bu hüceyrələrdəki xromosomlar hüceyrələrdən çıxarılıb uç-uca birləşdirilərəsə uzunluğu 136 milyard kilometrə çatar.

– Beynimizdə 100 milyard sinir hüceyrəsi var. 18 yaşdan sonra hər gün bu hüceyrələrdən mini məhv olur.

– Bir insan maksimum 46,5 dərəcə istiliyə dözə bilər. Normalda isə bu göstərici 35-37 dərəcədir.

– Ən uzun ürək dayanması 4 saat olaraq qeydə alınıb. Bir norveçli 1987-ci ilin dekabrında dənizə düşərək ürəyi dayanıb. Bədən temperaturunun aşağı olması səbəbilə yenidən həyata qaytarılıb.

– Ən yüksək iybilmə qabiliyyətinə malik heyvan imperator güvəsinin erkəyidir. O, antenaları ilə dişiləri 11 kilometr uzaqdan aşkar edə bilir.

– Ən ağır məməli dili 1947-ci ildə rus dənizçiləri tərəfindən tutulan dünyanın ən böyük heyvanı olan mavi balinaya aiddir. Onun dilinin çəkisi 4,3 tondur.Teleqraf.com.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest