“Telegram”da pullu abunəçiliyin funksiyaları açıqlanıb

Pavel Durov “Telegram”ı pullu edəcək və ona yeni funksiyalar əlavə edəcək.

Bu barədə məlumat “Telegram İnfo” kanalında yer alıb.

Bildirilir ki, “Premium” adlanan pullu versiyada istifadəçilər adın yanında hesab sahibinin xüsusi statusunu vurğulayan xüsusi markerə sahib olacaqlar.

Eksklüziv “badge”lərlə yanaşı, “Telegram Premium” abunəçiləri genişlənmiş reaksiyalar dəstini (bəyəndikləri yazı və ya mesajı qeyd etmək üçün istifadə edilə bilən smayliklər), həmçinin tam ekranlı stiker seçim pəncərəsinə çıxış əldə edəcəklər.

Kosmetik yeniliklər ödənişli “Telegram” istifadəçilərinin əldə edəcəyi yeganə xüsusiyyətlər deyil.

Məsələn, bir qovluğa əlavə edilə bilən çatların sayı 100-dən 200-ə qədər artırılacaq. Qovluqların limiti isə 10-dan 20-yə qədər genişlənəcək. Eyni zamanda, bərkidilmiş çatların sayı 5-dən 10-a qədər artacaq. Abunə oluna bilinən kanalların və superqrupların ümumi sayı isə 500-dən 1000-ə çatdırılacaq. Qrup və çat adminləri daha çox seçim əldə edəcəklər.

“Telegram Info” müəllifi hesab edir ki, bu, “Telegram Premium” sahibləri üçün açılacaq innovasiyaların natamam siyahısıdır.

“Telegram digər əlavə variantları da sınaqdan keçirir, lakin onlar haqqında sonra məlumat veriləcək”, – deyə kanaldan bildirilib.

“Telegram Premium”un buraxılış tarixi hələ açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest