Bakı metrosunda yaranan problemin səbəbi AÇIQLANDI

Bakı metrosunda qatarda nasazlıq olub.

Metronun “Neftçilər” stansiyasında qatarın qapısı bir neçə dəfə açılıb-bağlanıb.

Bu səbəbdən sərnişinlər qatardan boşaldılıb. Hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüblər və qatar texniki baxış üçün stansiya dalanına verilib:

“Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest