Bakıda 4 ay əvvəl toyu olan şirkət sahibi qalstukla asılmış vəziyyətdə tapıldı -FOTO

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Evdə meyiti tapılan şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Mərhum 35 yaşlı Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış.

Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb.

Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.

Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest