Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi

   Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 aprel 2022-ci il tarixində səhər saatlarından etibarən rayon ərazisində təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.

İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmişdir. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınmış. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına yeni ağac və gül kolları əkilmişdir.

Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.    

Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest