5-ci kalonun üzvləri: AzTV sədri Rövşən Məmmədov və diğər məmurlar haqqında ballada-BİRİNCİ YAZI

Mən 2 il öncə “AzTV-nin rəhbəri Rövşən Məmmədov 5-ci kalonun layihəsidir” deyəndə bəzi ağzıgöyçəklər ağız büzdü. Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, fikrimdə qətiyyən yanılmamışam.

Əslinə baxsan mən bu fikri lapdan deməmişdim. Az-çox siyasi texnologiyaları və Azərbaycan reallıqlarını bilən bir adam kimi, üstəlik böyük həyat təcrübəsinə arxalanıb bu fikri söyləmişdim.

İndi deyəcəksiniz ki, bu “5-ci kalon” nə deməkdir? Cavab verim ki, 5-ci kalon hansısa ölkədə xarici dövlətlərin maraqlarına xidmət edən qüvvələrdir.

Məlumat üçün deyim ki, xarici qüvvələr yerlərdə özləri üçün xarakterik fərdlər seçirlər. Bu fərdlərsə həddən ziyadə vəzifəpərəst və pula həris olurlar. Çünki, bu cür fərdləri idarə eləmək çox asandır. Eləcə də onları istənilən yönə istiqamətləndirmək də çətin deyil. Çünki, şöhrətpərəstlik və pul hərisliyi bu fərdləri istənilən addımı atmağa sövq edir.

Təəssüf hissi ilə deməliyik ki, bu gün Azərbaycanda müxtəlif dövlətlərə açıq və gizli şəkildə işləyənlər var. Və bunlar 3 qrupa bölünür.

Birinci qrupa daxil olanlar əsasən Rusiyanın təsir dairəsində olanlardır. Və Rusiyapərəstlər dövlət strukturlarının ən yuxarı eşalonunda belə təmsil olunurlar. Vaxtilə bu qrupa Ramiz Mehdiyevlə Əli Həsənov rəhbərlik edirdi. Bu gün onlar dövlət idarəçiliyindən bir qədər kənaşdırılsa da hələ də öz təsir imkanlarını saxlayırlar. Adi bir fakt deyim. Bir müddət əvvəl İsfəndiyar Vahabzadə rusların ünvanına müəyyən fikirlər səsləndirdi. Rusiyapərəst qüvvələr həmən hərəkətə keçdilər. Aktivistlərin arasında çox sayda deputatlar da var idi, vəzifə adamları da. Və təbii ki, anti-Vahabzadə kompaiyasının önündə AzTV, daha doğrusu Rövşən Məmmədov gedirdi…

5-ci kalonun Qərbə bağlı hissəsinə isə əsasən siyasətçilər və az miqdarda vəzifə sahibləri daxildir. Məsələn, əminliklə demək olar ki, sabiq baş prokuror Eldar Həsənov, “müxalifətçi” Qurban Məmmədov Qərbin Azərbaycan əleyhinə silahlandırdığı əsas simalardandır. Doğrudur bu gün Eldar Həsənov maliyyə fırıldağına görə mühakimə olunur. Amma əsl həqiqət başqadır. Bu həqiqəti isə dövlət strukturları müəyyən səbəblərə görə açıqlamır.

5-ci kalonun böyük bir hissəsi isə İranın molla rejiminin qulbeçələridir. Bu kateqoriyaya əsasan “din adamları” daxildir. Siyasətçilər arasında iranpərəstləri barmaqla saymaq olar.Məsələn, bu yaxınlarda şeyx Allahşükür Paşazədə dedi ki:”Qarabağ İranın dini liderinin fətvası ilə azad olundu”. Sizcə bu fikirlər hansı məntiqə sığırdı. Əlbəttə ki, bu onun sübutu idi ki, bizim müsəlman idarəsinin başqanı da fars rejiminin təsiri altındadır. Deməli cənab şeyx də 5-ci kalonun fəallarındandır.

Azərbaycanda 5-ci kalonun təsir dairəsində olan xeyli sayda məmur var. Şərt o deyil ki, hansısa məmur xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəsi olsun. Xeyr! Əsas odur ki, hansısa məmur dövlətin əsaslarını, xalqın prezidentə olan inamını, güvənini sarsıdır.

Məsələn, əminliklə deyə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birbaşa düşmən dəyirmanına su tökür. O, son 3.6 ildə bir nazir kimi əhalinin sosial müdafiəsindən başqa hər işlə məşğul olub. Bu adamın işi-gücü əhalinin kasıb təbəqəsinin başına corab hörməkdir. Tək bir faktı deyim: 44 günlük müharibədə 10 mindən artıq qazimiz müxtəlif dərəcədə xəsarət alıb. Müzəffər ordunun bu igid əsgərlərinin hər biri dövlətin ən yüksək səviyyədə sosial müdafiəsi ilə təşkil olunmalıdır. Bu aksiomadır. Bu heç zaman müzakirə obyekti ola bilməz. Bəs reallıq necədir? Təəssüflə deməliyik ki, bu sahədə vəziyyət çox acınacaqlıdır. 10 min yaralı qazinin heç 50 faizi əlillik dərəcəsi ala bilməyib. Əlillik alanların bir qismi də Nazirlikdə kimlərinsə bığına yağ sürtüb.

Əziz oxucu! İndi siz deyin dövlət,xalq və prezident əleyhinə işləyən belə bir məmur düşmən dövlətlərə “işləmir” bəs kimə işləyir?!

Və yaxud götürək DGK-nın sədri Səfər Mehdiyevi. Mən hər zaman demişəm DGK son 30 ildə Azərbaycan dövlətinə və xalqına vurduğu ziyanı heç bədnam ermənilər vurmayıb. Son 3.6 ildə Səfər Mehdiyevin işi ancaq o olub ki, qohumlarını, dostlarını bu strateji quruma doldursun. Və bu adam uzun illər gömrük sistemində işləsə də hələ də DGK-nın vəzifəsinin nədən ibarət olduğunu bilmir. O, elə zənn edir ki, onun vəzifəsi ancaq vergi və rüsum toplamaqdır. Belə bir məmur sizcə hansı dövlətin maraqlarına xidmət edir?

Bu siyahını istənilən qədər uzatmaq olar. Amma mən mətləbdən uzaqlaşmadan qayıdıram yazımın əvvəlinə. Və deyirəm ki, Rövşən 5-ci kalonun ən fəal üzvlərindəndir. O məhz 5-ci kalonun Azərbaycandakı dayaqlarının( Ramiz Mehdiyev-Əli Həsənov) hesabına ən qısa zamanda  sıravi jurnalistlikdən kos-koca AzTV sədrliyinə “yüksəlib”. Bəs Rövşənin 5-ci kalonun əsgəri olması ilə bağlı əlimizdə hansı faktlar var?

Bu barədə daha ətraflı növbəti yazımızda.

Surxay Atakişiyev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest