44 günlük müharibədə Ermənistan ordusu ilə bağlı daha bir rüsvayçı faktı ortaya çıxdı

Ötən ilin payızında 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələri ilə Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya o dərəcədə bərbad olub ki, ermənilər “dost atəşi” ilə öz hücum təyyarələrini və vertolyotlarını vurublar.

Bu məlumat Rusiyada fəaliyyət göstərən strategiyaların və texnologiyaların analizi Mərkəzinin ikinci Qarabağ müharibəsinə dair kitab şəklində nəşr edilən  “Qafqazda fırtına” adlı əhatəli araşdırmasında yer alır.

“Yerli mənbənin sözlərinə görə, hərbi əməliyyatlar zamanı ermənilərin özlərinin açdığı atəşlə beşə qədər uçan aparatın-4 Su-25 hücum təyyarəsinin və 1 Mi-8 hərbi-nəqliyyat vertolyotunun vurulduğu deyilir. (onlardan ikisi deyilənə görə, Ermənistanın Vardenis rayonunda döyüş uçuşundan qayıdarkən S-125 zenit-raket kompleksi ilə vurulub, biri isə Qarabağ üzərində daşınan zenit-raket kompleksi ilə vurulub). Bu itkilər Ermənistan Hərbi Hava Qüvvələrinin vurulan Su-25 təyyarələrinin təxminən 25 faizini və döyüşdə vurulan Mi-8 vertolyotlarının 10 faizini təşkil edir”,-araşdırmada deyilir.

Mərkəzin analitikləri qeyd edirlər ki, ümumən Ermənistan HHQ-nin təminatına dair suallar mövcuddur. HHQ-nin arsenalında ən güclü döyüş təyyarələri Su-30SM hesab edilirdi, onların isə sayı məhdud idi. 2019-cu ildə cəmi 4 belə təyyarə alınmışdı, üstəlik məlum oldu ki, onların döyüş raketləri də olmayıb. Baxmayaraq ki, Su-30SM təyyarələrinin alınmasına dair Ermənistan 2012-ci ildən danışıqlar aparırdı.

“Sövdələşmə deyilənə görə, Ermənistanın ödəmə qabiliyyətinin olmaması nəticəsində pozulmuşdu. 2018-ci ildə bu təyyarələrə maraq yenidən oyandı, elə həmin il də müqavilə imzalandı. O vaxtkı müdafiə naziri David Tonoyan bildirmişdi ki, məqsəd təyyarələrin mümkün qədər tez əldə edilməsidir. 2020-ci ilin avqustunda o bildirdi ki, daha 4 təyyarənin alınmasına dair danışıqlar gedir. Amma 2020-ci ilin noyabrında, Ermənistanın məğlubiyyətinin ardınca Tonoyan istefa verdi”,-araşdırmada qeyd edilir.

Bildirilir ki, müharibə başlayanda Ermənistanın Su-30SM qırıcılarını idarə etmək üçün təcrübəli pilotları da yox idi, onlar hazırlıq keçməmişdi və yetərli uçuş saatı təcrübəsinə malik deyildi. Və nəticədə bu təyyarələr döyüş əməliyyatlarında istifadə edilmədi./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest