4 paytaxtda məxfi İran danışıqları başlayır: ABŞ-dan HƏMLƏ

ABŞ Dövlət Departamenti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin noyabrın 29-da başlayacaq nüvə danışıqlarından əvvəl koordinasiyanı təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Səudiyyə Ərəbistanı və Bəhreynə səfər edəcəyini açıqlayıb.

İran üzrə xüsusi nümayəndə dörd paytaxtda məxfi müzakirələri 11-20 noyabr tarixlərində aparacaq.

ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib: “Xüsusi nümayəndə İranın regionda sabitliyi pozan fəaliyyəti və anlaşmaya tam əməl olunması qarşılığında razılaşmaya qarşılıqlı qayıdılması üzrə danışıqların 7-ci raundu da daxil olmaqla, İranla bağlı geniş spektrli narahatlıqların aradan qaldırılması üçün yanaşmalarımızı əlaqələndirəcək”.

İran xarici işlər nazirinin müavini və İranın Vyana danışıqlarına rəhbərlik edən Əli Bakiri Keni noyabrın 3-də sosial media hesabındakı paylaşımda nüvə danışıqlarına noyabrın 29-da başlayacaqlarını bəyan etmişdi./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest