33 il sonra Universiteti bitirdi

Türkiyənin Elazığ vilayətinin sakini Zəki Gür 1988-ci ildə daxil olduğu Fırat Universitetinin fizika fakültəsini bu il bitiriib.

“TRT Haber” məlumat verir ki, 67 yaşlı tələbə 33 il sonra məzun olma sevincini yaşayıb.

Məsələ burasındadır ki, çobanlıq edərək dolanan Gür maddi sıxıntılar səbəbindən ali təhsilini 2-ci kursda ikən yarımçıq qoyub. Ötən müddət ərzində o, ailə quraraq 4 övlad böyüdüb.

2016-cı ildə təhsilini davam etdirmək üçün Universitetə qayıdan Zəki bütün fənlər üzrə imtahanlarını bu il tamamlayaraq diplom almaq hüququ əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest