2500 müəllim vaksinasiyadan imtina edib

Bu günədək Bakı şəhəri üzrə 38 min 185 təhsil işçisindən 24 502 nəfəri vaksinasiya olunub. Ümumi saydan 4620 nəfər yoluxduğu, 3400 nəfər digər səbəblərdən, 3 minə yaxın insan isə həkimdən arayış gətirdiyi üçün vaksinasiya olunmayıb.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib.

Nazir bildirib ki, 2500 müəllim vaksin olunmaqdan imtina edib: “Vaksinasiya könüllüdür, məcbur etmirik. Lakin onlar həyatlarını riskə atırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest