200-ə yaxın qazın öldürülməsinə görə adı qalmaqalda hallanan deputat ölü tapıldı – FOTO

Rusiyanın Maqadan Şəhər Dumasının deputatı Aleksandr Kramarenko öz kabinetində ölü tapılıb.

Bundan əvvəl mərhum deputata qarşı Çukotkada 180-ə yaxın qazın vurulması ilə bağlı cinayət işi başlanılmışdı. İlkin versiyaya görə, dəymiş ziyanın məbləği 700 min rublu (təqribən 16 min manat) ötüb.

Kramarenkonun özü şəklin “Photoshop”la redaktə olunduğunu, əlavə olaraq orada öldürülmüş qazlar yox, ovçular üçün tüklə doldurulmuş quşlar olduğunu demişdi.

Deputatın ölümü ilə əlaqədar istintaq bir neçə versiyanı, o cümlədən qətl və intiharı nəzərdən keçirir.

Mənbə: RİA Novosti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest