2 mindən çox şəxsin əmək pensiyası əskik ödənilib – RƏSMİ AÇIQLAMA

“Son 2 ildə 2000 nəfərdən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

O bildirib ki, həmin şəxslərin əmək pensiyaları təkrar hesablanıb:

“Orta hesabla pensiya məbləğləri 633 manatdan 739 manata qədər artırılıb. Bu, bir şəxsin pensiyasının təqribən 100 manat, orta hesabla 17-18 faiz artımı deməkdir. Keçmiş dövr üzrə bu kontingentə 3 milyondan artıq ödənilməli olan vəsait hesablanıb. Həmin vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməkdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest