19 yaşlı hərbçimiz Qubada dəfn olundu – VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Nəsirov Müşfiq Əjdər oğlu qulluq etdiyi hərbi hissədə elektrik cərəyanı vurması səbəbindən ötən gün dünyasını dəyişib. 

Müşfiq Nəsirov 2002-ci ildə Quba rayonunun Yuxarı Tüləkəran kəndində anadan olub. Onun iki bacısı, bir qardaşı var idi və Nəsirovlar ailəsinin ən kiçiyi idi. 

O, 2020-ci ilin oktyabr ayında Qubadan hərbi xidmətə yola düşüb. 

Müşfiq Nəsirov 2022-ci ilin aprel ayında hərbi xidməti başa vuraraq geri yollanacaqdı. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest