16 yaşlı yeniyetmə ustasını öldürdü – ŞOK SƏBƏB

Türkiyənin Dənizli bölgəsində dəhşətli qətl hadisəsi baş verib.

Mətin Altundağ adlı usta evə dönərkən yolu kəsilib və ov tüfəngi ilə ona atəş açılıb

Ağır yaralanan usta xəstəxanaya yerləşdirilib və bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisəni törədən 16 yaşlı yeniyetmənin isə bir müddət onun yanında işlədiyi məlum olub.

Avtomobil ustası olan Mətin Altundağı öldürən yeniyetmə onu tez-tez döydüyünə görə öldürdüyünü etiraf edib.

Hadisə ilə bağlı polislər araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest