14 yaşlı velosipedçini avtomobil vurdu

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Seymur Samir oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Qəza nəticəsində velosipedi sürən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest