12-ci dozanı vurdurmağa hazırlaşan qoca ifşa olundu

Hindistanda 84 yaşlı kişi digər insanların şəxsiyyət vəsiqələri və telefon nömrələrini istifadə edərək özünə 11 doza peyvənd vurdurub.

Hazırda yaşlı kişinin peyvənd xidməti göstərən mərkəzləri necə ustalıqla aldada bilməsi araşdırılır.

Brahmadeo Mandal adlı qocanın  yalnız 12-ci dozanı vurdurmağa hazırlaşarkən ifşa edildiyi bildirilir.

Sorğu-sual edilən qoca peyvəndin faydasını hiss etdiyini, məhz bu səbəbdən də təkrar-təkrar vaksin vurdurmaq qərarı verdiyini söyləyib.

Mənbə: Anadolu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest