11 dəfə boşanan qadın hələ də sevgiyə inanır – FOTO-VİDEO

Heç vaxt sevgiyə inamını itirməyən 52 yaşlı Mone Dias 11 dəfə boşandıqdan sonra özünə yeni sevgili tapıb.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Bu barədə “The Sun” yazır.

Belə ki, qadının 9 əri olub. Onlardan ikisi ilə iki dəfə ailə quran Mone özünə ümumilikdə 11 dəfə toy edib.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

İlk dəfə o, orta təhsili bitirdikdən dərhal sonra elə məkdəbdə tanış olduğu birinə ərə gedib. Yuxarı sinifdə oxuyarkən bacısına “mən bu şəxsə ərə gedəcəyəm” dedikdən iki ay sonra onunla ailə qurub və tez bir zamanda boşanıb.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Onun 2-ci evliliyi də uzun çəkməyib, lakin boşandıqdan sonra sevgililər yenidən birgə yaşamağa cəhd edərək bir daha (3-cü evlilik) evləniblər.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Monenin 4-cü ərinin əvvəlki evlilikdən övladları olduğu üçün zamanla qadın bu insanla xoşbəxt ola bilmədiyini anlayıb.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Mone etiraf edir ki, 5-ci əri onun həyatının sevgisi olub, lakin bu hisslər də onların ailəsini qoruya bilməyib.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

6-cı əri ilə tez bir zamanda boşansa da, yaxşılıqlarını yada salaraq, yenidən (7-ci evlilik) onunla ailə qurub.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

8-ci dəfə Mone internetdə cəmi bir həftə tanıdığı şəxslə ailə qurub.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

9-cu dəfə də evlilik qərarı tez qəbul edilib, lakin eyni tezliklə boşanmaq qərarı verilib.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

“10 nömrə”ni Mone hələ məktəb vaxtından tanıyıb, lakin ailə qurduqdan sonra onunla sadəcə dost qalmağın daha yaxşı olduğunu anlayıb.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

11-ci evliliyi haqqında isə Mone ümumiyyətlə danışmaq istəməyib.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Qadın tez aşiq olduğunu və ümumilikdə 28 dəfə evlilik təklifi aldığını etiraf edib.

Bütün yaşadıqları onda sevgiyə inamı öldürə bilməyib. 2 il öncə Mone 57 yaşlı Conla tanış olub və artıq üçüncü görüşdə kişi ona sevgi etirafı edib. Con da Monedən öncə iki dəfə boşanıb.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Hazırda xoşbəxt olan sevgililər hələ ki, toy etməyi düşünmürlər.

11 dəfə boşanan qadın hələ də sevgiyə inanır - FOTO-VİDEO

Natəvan Baxşiyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest