11 ay hamilə olduğunu bilmədi – duş qəbul edən zaman uşağı oldu

Avstraliyanın Yeni Cənubi Uels ştatının Kempbelltaun şəhərində iki uşaq anası duş qəbul edən zaman qəfildən üçüncü övladını dünyaya gətirib.

Bu barədə “The Mirror” məlumat yayıb. 28 yaşlı Dimitti Bonnet və əri, 42 yaşlı Ceysonun iki övladı var. Cütlük üçüncü övladın olmasını arzulasalar da, nəticəsi olmayıb. Bir axşam Bonnet rifahının bir qədər pisləşdiyini hiss edir və uşaqları yatızdıraraq özü də yatmağa qərar verir.

“Saat 1 radələrində oyandım və özümü pis hiss etdim. Ağrı güclənməyə başladı və mən istirahət etmək üçün duş qəbul etməyə qərar verdim. Ərimi oyatmaq istəmədim və qaranlıqda duş qəbul etdim. Bir neçə saniyədən sonra artıq əllərimlə körpənin başını tuturdum “deyib.

Anar Əli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest