“Əynimizdə paltar yox idi” – Bakıda qadın müğənnini öldürmək istəyən şəxsin ifadəsi

Bakıda müğənni Aygün Mirzəyevanı öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun cinayətinin təfərrüatı məlum olub.

İstintaq materiallarında qeyd edilib ki, Ə.Məmmədov 2021-ci ilin iyun ayının sonlarında teleqram sosial şəbəkəsində 1988-ci il təvəllüdlü A.Mirzəyeva ilə pul müqabilində əlaqədə olmağa razılaşıb. İyulun 16-sı saat 17 radələrində qadının kirayədə yaşadığı ünvana gedib. Daha sonra o, Aygünlə bir dəfə əlaqədə olub. Zərərçəkmiş şəxs Əlidən evini tərk etməsini tələb edib

O, bunu bəhanə edərək mətbəxdən bıçaq götürüb, Aygünün üzərinə gəlib. Əli əlindəki bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

Eyni zamanda, o, mənzildə olan mələfə ilə zərərçəkmişi boğmağa çalışıb. Qadın tez müqavimət göstərib, yaralı vəziyyətdə ondan yayınıb, mənzildən yaşayış binasının blokuna çıxaraq kömək çağırıb. Bu zaman hadisə yerinə qonşular gəlib. Əli isə evin pəncərəsindən tullanaraq, hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxs qonqşular tərəfindən çağırılmış təcili tibbi yardım maşının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Aygünə ixtisaslı tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ə.Məmmədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, təxminən 2021-ci ilin iyun ayının əvvəllərində teleqram sosial şəbəkəsindəki qrupların birində A.Mirzəyeva ilə tanış olub:

“İyun ayının 7-8-i aralığında 2 dəfə olmaqla Aygünlə Nərimanov rayonunda yerləşən parkda görüşdük. Ona ümumilikdə 1600 manat pul vermişəm.  Zərərçəkmiş şəxs mənə qızının xəstə olduğunu deyərək pula ehtiyacı yarandığını bildirdi. Mən də Aygünə həmin vaxt yardım etmək məqsədi ilə pul verdim. Daha sonra yenidən zərərçəkmiş məndə pul istədi. Onun kart hesabına “Milliön” aparatı vasitəsi ilə təxminən iyun ayının 16-17-də 550 manat pul köçürdüm. Bir qədər sonra Aygünə onunla 150-200 manat məbləğində pul qarşılığında cinsi əlaqədə olmaq istədiyimi yazdım. Hadisə baş verən gün, yəni 16 iyul 2021-ci il tarixdə spirtli enerji içkisi qəbul etdim, sonra Aygünün kirayədə yaşadığı evə getdim. Mənzilə daxil oldum, onunla qucaqlaşdıq. Sonra mənzilin qonaq otağına keçib, Aygünlə pivə içdik. Bir qədər sonra evin yataq otağına keçərək onunla bir dəfə əlaqədə oldum. Qadın hamamda olanda ona yaxınlaşıb, məndən aldığı 2000 manat puldan bir azını qaytarmasını, kredit borcumun olduğunu söylədim. Aygün isə “sənə o pulu verməyəcəyəm, sənin heç bir sübutun yoxdur” dedi. Bu vaxt ona zəng gəldi. Zərərçəkmiş başqa bir kişinin də mən getdikdən sonra onun evinə gələcəyini eşitdim. Daha sonra Aygün hamamdan çıxaraq mətbəxə keçdi və bıçağı götürərək üstümə gəldi. Bildirdi ki, mənzili tərk edim. Həmin vaxt Aygünü əlindəki bıçaqla mən tərəfə çəkdim. Lakin bıçaq yüngül şəkildə mənim sinəmə dəydi. Qadının əlindəki bıçağı onun qolunu buraraq aldım. Sonra zərərçəkmişin sağ qolaltı nahiyəsinə bir dəfə zərbə vurdum. Lakin zərbə güclü olmadı. Buna baxmayaraq, zərbənin təsirindən Aygün mənzilin dəhlizində kürəyi üstə yerə yıxıldı. Mən də əlimdəki bıçağı dəhlizə atdım. Həmin vaxt bizim əynimizdə paltar yox idi. Zərərçəkmiş şəxs yerdə olan zaman ona sakit olmasını, tibbi yardım çağırdığımı bildirdim. Aygün qışqırmaq istəyən zaman hamam dəsmalını onun başına keçirib, sıxmağa başladım. O, yerdə olan bıçağı götürüb müqavimət göstərdi və məni vurmağa çalışdı. Bu zaman bıçaq mənim sol və sağ qoluma, sinə nahiyəmə dəydi, sıyrıq xəsarəti aldım. Bundan sonra bıçağı zərərçəkmiş şəxsin əlindən aldım. Sonra həmin bıçaqla Aygünün bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə yetirdim. İçkili olduğuma görə, dəqiq olaraq ona neçə bıçaq zərbəsi yetirdiyimi xatırlamıram. Lakin bıçaqları təxminən sinə, qol və kürək nahiyələrinə vururaraq xəsarət yetirdiyim yadımdadır”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında qeyd edib ki, zərərçəkmiş şəxsi öldürmək fikrində olmayıb: “Aygün üstümdən qalxıb təcili tibbi yardıma zəng etmək istəyən zaman o, qaçaraq mənzilin qapısını açıb, bloka çıxdı. Sonra qışqıraraq kömək çağırdı. Buna görə də dərhal şalvarımı geyinib, mənzilin qonaq otağından eyvana keçdim və oradan yerə tullandım. Öncə aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar ipinə ilişdim və daha sonra yerə yıxıldım. Ayağa qalxıb ayaqyalın və köynəksiz, yarıçılpaq vəziyyətdə “Neftçilər” metrostansiyası istiqamətində qaçdım. Orada tanımadığım mağazaya girib, özümə köynək və ayaqqabı aldım. Sonra tanımadığım taksi ilə Nərimanov rayonu ərazisində yerləşən “Saat” adlanan əraziyə gəldim. Oradakı mağazadan isə özümə şalvar aldım. Həmin mağazada əynimdəki şalvarı dəyişdim və taksi ilə Lənkəran şəhərinə getdim. Orada qohumlarıma pilləkəndən yıxılıb ayağımı əzdiyimi bildirdim. Sonra Bakıya qayıtdım və törətdiyim cinayəti atama dedim. Atam dostu ilə birlikdə məni aparıb polisə təhvil verdi. Hazırda əməlimdən də səmimi peşmanam”

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən A.Mirzəyeva deyib ki, Ə.Məmmədovla teleqramda tanış olub, sonra görüşmək üçün onu evinə çağırıb.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs ona 100 manat məbləğində pul verib: “Bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Bundan sonra onunla cinsi əlaqədə olmağa iyrəndim. Əli ilə yenidən cinsi əlaqədə olmaq istəmədim və narazılığımı bildirdim. Həmçinin evimdən çıxıb getməsini tələb etdim. Hamamdan yuyunduqdan sonra o, mənim qarşımda çılpaq şəkildə dayanmışdı. Əlidən nəyə görə əynini geyinib, çıxıb getmədiyini soruşdum. O da yenidən cinsi əlaqədə olmağı istədi, lakin razılaşmadım. Təqsirləndirilən şəxşdən yenidən evimi dərhal tərk etməsini tələb etdim. Həmin vaxt hər ikimimiz tam çılpaq idik. Əli qəflətən mənzilin dəhlizində mənə yaxınlaşıb, qucaqlayaraq kürəyi üstə yerə yıxdı. Sonra o, bıçaqla məni vurmağa başladı. Əliyə müqavimət göstərdim, bıçaq onun əlindən yerə düşdü. Yerdə olan bıçağı əlimə götürdüm və ayağa qalxıb qapıya tərəf qaçmaq istədim. Bu zaman ayağım sürüşərək yerə yıxıldım. Təqsirləndirilən şəxs dəsmalı götürüb mənim boğazıma keçirərək boğmağa çalışdı. Daha sonra Əli bıçağı əlimdən alıb, bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdi. Yerdə olan zaman ondan məni öldürməməsini xahiş etdim, lakin təqsirləndirilən şəxs sözlərimə məhəl qoymayaraq hərəkətlərini davam etdirdi. Həmin zaman qışqırıb kömək istədim. Əli məni buraxdı və qapını açıb, qışqıra-qışqıra beşinci mərtəbəyə qalxdım. Sonra qonşular mənə kömək edərək təcili tibbi yardım briqadasına məlumat verdi. Təxminən 10 dəqiqədən sonra həkim briqadası gələrək məni xəstəxanaya apardı”.

A.Mirzəyevanın sözlərinə görə, əvvəl heç vaxt Ə.Məmmədovla görüşməyib, ondan hər hansı məbləğdə borc pul almayıb: “Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş edirəm”.

Qeyd: istintaq orqanı tərəfindən Ə.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Xatırlatma: A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest