“Əslində təslim olan Ermənistandı, Paşinyan yalnız kapitulyasiya aktını imzalayıb” – Ter-Petrosyan

“Əslində təslim olan Paşinyan yox, Ermənistan idi.  Paşinyan yalnız Ermənistanın təslim olması ilə bağlı bəyanat imzalayıb”.

Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan erməni mediasına müsahibəsində bildirib.

Ona görə də Paşinyanın yerində kim olsaydı – Robert Koçaryan, Serj Sarkisyan və ya deyək ki, İşxan Saqatelyan, onlar da dinməzcə Ermənistanın üzərinə qoyulacaq qərarı qəbul edərdilər”.

Eks-prezidentin sözlərinə görə, müvafiq olaraq, problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil.

“Əgər bu sadə həqiqət dərk edilməsə və ölkəmizin daxili siyasi təlatümləri davam edərsə, o zaman Paşinyan və ya başqasının yekun sənədi imzalamasından asılı olmayaraq, bizim üzərimizə qoyulan qərarlar daha ağrılı olacaq”, – deyə o vurğulayıb.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest