Əsir, itkin, girov hərbçilərin ailələrinə pul və digər təminatlar bu müddətə qədər ÖDƏNİLƏCƏK

Azərbaycan əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinin və ya himayəsində olan digər şəxslərin sosial müdafiəsi qaydası müəyyənləşir.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş pul və ya digər təminatlar, onlar azad (aşkar) edilənədək və ya onların hərbi andı pozaraq Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest