HAQQIMIZDA

Sizi deyib gəlmişik ey, əziz oxucular!

Məqsədimiz Sizin mənəvi dəstəyinizlə 1875-ci ildən bu yana tikilə-tikilə gələn Azərbaycanın “Mətbuat evi”nin divarına bir daş qoymaq, imzalar içində imzamızı tanıtmaqdır. Mərəmımızsa odur ki, eşitdiklərimizi həmən Sizlərə çatdıraq,öyrəndiklərimizi Sizinlə bölüşək. İmkanımız olanda da Sizi əyləndirib, kefinizə-kef qataq. Yəni özümüzə jurnalistikanın təməl prinsiplərini (Xəbər vermək, maarifləndirmək və əyləndirmək) rəhbər tutaraq sizlərin görüşünə gəldik. Biz “Baku exo”- ictimai-siyasi xəbər portalı olaraq beləcə  Azərbaycan informasiya məkanəna ayaq basdıq. Portalımızı qonağı olacaq hər kəs burada təkcə ölkəmiz və region deyil, dünyanın hər bir yerindən gələn informasiyalarla tanış olacaq,  ən diqqətçəkən məsələlərlə bağlı təhlillər və proqnozlarla hadisələri daha yaxından izləmək imkanı qazanacaqlar. Biz ancaq öz baxışlarımızı tam həqiqət kimi təqdim etmirik,  oxucularımızın hər birinin fikir və qarşılıqlı mövqelərinin tribunası olmağı hazırıq. Jurnalistikanın başlıca qızıl qaydası- tərəfsizlik portalımızın dəyişməz prinsipi olacaqdır.

Pin It on Pinterest