Ərzaq məhsulları nə qədər bahalaşdı

2021-ci ildə dünya ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb. Bu son illərin ən böyük bahalaşması sayılır. Təkcə taxıl və neft deyil, bütün əsas kənd təsərrüfatı məhsullarının maya dəyəri qalxıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatından məlum olur.

Ekspertlərin sözlərinə görə, yüksək xərclər, davam edən pandemiya və qeyri-müəyyən iqlim şəraiti səbəbindən 2022-ci ildə qiymətlərin sabitləşməsini gözləməyə dəyməz.

Taxıl qiymətləri 2012-ci ildən bəri rekord həddə çatıb (27,2 faiz bahalaşıb). O cümlədən qarğıdalı və buğdanın maya dəyəri müvafiq olaraq 44,1 faiz və 31,3 faiz artıb. 2021-ci ildə dəyəri azalan yeganə məhsul düyü olub (4 faiz ucuzlaşıb).

BMT nəqliyyat xərclərinin artımını istehsalçılar arasında artan rəqabətlə kompensasiya etdiyini bildirib.

Digər ərzaq növləri ilə müqayisədə bitki yağları və şəkər daha çox bahalaşıb. Kərə yağının qiymətləri illik müqayisədə 65,8 faiz (rekord həddə), şəkərin qiyməti isə 37,5 faiz (2016-cı ildən bəri ən yüksək) artıb. Süd məhsulları 16,9 faiz, ət məhsulları 12,7 faiz bahalaşıb.

Ən çox bahalaşma qoyun ətində, ardınca mal əti və toyuq ətində müşahidə edilib./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest