Əriyin inanılmaz 5 faydası

İyul ərik fəslidir. Bu əlvan narıncı meyvələr Bakı bağlarının bəzəyidir. Gündə 5 ərik yemək bütün orqan və sistemlərə müsbət təsir edir.

Mütəxəssislər əriyin bilmədiyiniz faydalarını araşdırıb.Ərik sinir, əsəb, ürək, həzm sistemi üçün faydalıdır.
Çox güclü antioksidant olduğu üçün qocalmanı gecikdirir.

– Ərik A, C, E vitamini, flavonidlərlə zəngindir. İltihabi prosesləri sağaldır, immuniteti möhkəmlədir, xərçəngə səbəb olan sərbəst radikalları zərərsizləşdirir.
– Beta-karotinlə zəngin olduğu üçün görməni itiləşdirir
– Dərini cavanlaşdırır, bərkidir, tonus verir, rəngini yaxşılaşdırır. Dırnaq və saçları möhkəmlədir.
– Ərik lifli qidadır. Mədə turşuluğunu tənzimləyir, qəbizliyə qarşıdır. Həzmi yaxşılaşdırır, bağırsaqları təmizləyir
– Qanda şəkər və xolesterini azaldır
– kaliy, maqniy mineralları mənbəyidir. Bu da ürək əzələsi və qan damarları üçün vacibdir.
– Əsəbi olanlar, başı ağrıyanlar, xroniki yorğunluğu olanlar əriyin özünü də, qurusunu da yeməlidir.
– Ərik orqanizmdə vitamin D və maqniyin mənimsənilməsi üçün borla zəngindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest