Əri vannada qollarını və başını kəsib, sonra isə… “Lider TV”nin keçmiş əməkdaşının öldürülməsinin TƏFƏRRÜATI

Bakıda “Lider” televiziyasının keçmiş əməkdaşı, 1987-ci il təvəllüdlü Nahidə Həsənovanın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Hadisə yanvarın 4-də Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. Həyat yoldaşı N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Əliyev Orxan Mehdi oğlu artıq həbs edilərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Məlumata görə, O.Əliyevin xanımını öldürüb onun bədən üzvlərini hamamda kəsdikdən sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest