Ərdoğan: “Küçədə bir-birini görüb salam verməyəcək altı nəfər bir masa ətrafında toplaşıb”

“Qarşıdan gələn seçkilər o qədər önəmlidir ki, küçədə bir-birini görüb salam verməyəcək altı nəfər bir masa ətrafında toplaşıb”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək prezident və parlament seçkilərindən danışarkən söyləyib.

R.T.Ərdoğan altı müxalifət partiyasının yaratdığı ittifaqa da münasibət bildirib:

“Buna bənzər ittifaq Macarıstanda da olmuşdu. Onların təlimatları haradan aldıqları məlumdur. Ortada razılaşdırdıqları bir proqram yoxdur, Proqram deyə ortaya çıxardıqları mətn xaricdə hazırlanıb onlara verilib”.

R.T.Ərdoğan 2023-cü ilin seçkilərində altı müxalifət partiyasına dərs verəcəklərini vəd edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin altı müxalifət partiyasının lideri prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi üçün bir araya gəlib.

Mənbə: HaberGlobal.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest