Ərdoğan: “Bakıda İlham Əliyev qardaşımızın qonağı olacaq, oradan Şuşaya gedəcəyik”

“Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük…”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest