Ərdoğan: Axı sizə demişdim, amma özünüzü karlığa vurdunuz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın sement şirkəti “Lafarge”ın İŞİD terrorçularına maddi dəstək göstərməsinə ilk dəfə münasibət bildirib.
Ərdoğanın sözlərinə görə, o avropalı liderləri bu məsələlərlə bağlı dəfələrlə xəbərdar edib. Ərdoğan deyib: “Makronun özünə də, görüşdüyüm avropalı liderlərə də illərdir deyirəm. Amma həmişə özlərini karlığa qoydurlar”.
Ərdoğan bildirib ki, o məsələni BMT toplantısında da gündəmə gətirəcək.
Qeyd edək ki, “Lafarge”ın İŞİD terrorçularına maddi dəstək göstərdiyi təsdiq olunub. Fransanın kəşfiyyat xidməti də şirkətin İŞİD-ə dəstək göstərdiyindən xəbəri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest