Ərəblər yenə Azərbaycanda qanunsuz ova çıxıblar?

Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb. 

Bu barədə sosial şəbəkələrdə məlumat yer alıb.

Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:

“Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər”.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest