Ən çox radiasiya yayan smartfonlar – ŞOK SİYAHI

Almaniyanın Radiasiyadan Mühafizə üzrə Federal İdarəsinin mütəxəssisləri müasir smartfonları tədqiq etdikdən sonra ən təhlükəli smartfonların siyahısını tərtib ediblər.

Araşdırma nəticəsində məlum olub ki, radiasiya telefonla danışarkən, hətta telefon cibimizdə və ya əlimizdə olanda belə bizə təsir edə bilir.

Hər kiloqram üçün 2 vatt doza zərərli radiasiya diapazonunun başlanğıcı hesab edilir.

Tədqiqatçılar Rumıniyanın məşhur mobil brendlərindən sayılan “Allview – P7 Pro” smartfonunun daha çox radiasiya yaydığını qeyd ediblər.

Məşhur “Motorola Edge” isə bu siyaıda ikinci olub.

Beləliklə, daha çox radiasiya yayan müasir smartfonların ilk beşliyini təqdim edirik:

1. “Allview – P7 Pro” – (1,82 Vt/kq)

2. “Motorola Edge” – (1,79 Vt/kq)

3. “Allview – X4 Soul” – (1.65 Vt/kq)

4. “Wiko – JERRY3” – (1.61 Vt/kq)

5. “ZTE – Axon 11 5G” – (1.59 Vt/kq)

Qeyd edək ki, “iPhone 13” (0,99 Vt/kq) və “Samsung Galaxy S21 Ultra” (0,71 Vt/kq) da radiasiyaya malik smartfonlar arasında yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest