Əməkdar artistin evi yandı, özü komaya düşdü

Rusiyanın Əməkdar artisti Marina Xlebnikovanın Moskvada olan evində yanğın baş verib.

Müğənni yanğın zamanı ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Bildirilib ki, Marina nəfəs ala bilmir və süni nəfəs aparatına qoşuludur. Həkimlər reanimasiyada olan ifaçının vəziyyətinin ağır olduğunu açıqlayıb.

Bədəninin 50 faizi yanan Marinanın üzündə, ayaqlarında, bədəninin digər yerləri və tənəffüs yolları xəsarət alıb. Həkimlər onun dəm qazından zəhərləndiyini də deyiblər. Bu gün isə onun komaya düşdüyü açıqlanıb.

Bildirilib ki, yanğına səbəb söndürülməyən siqaret olub. Səfərdən yeni qayıdan Marina yorğun olub və yatıb. O, siqareti söndürməyi unudub. Həmin vaxt evdə Marinanın qızı, anası və yeriyə bilməyən atası olub. Onlar yatılı olub və qonşular tüstünü görüb qapını döyüblər. Səsə oyanan ifaçının qızı və anası atasını birinci çıxarıblar. İçəri girən polis işçiləri Marinanı huşsuz halda yerdə uzanmış vəziyyətdə tapıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest