Əməkdar artist nəhayət ki, oğluna toy çaldıra bildi

Əməkdar artist Bəsti Sevdiyeva ötən gün oğlu Ayxana kişi toyu edib.

Pandemiyaya görə, oğluna toy məclis edə bilməyən ifaçının Şıx çimərliyi sahilində yerləşən Dosluq İstirahət Mərkəzində baş tutan  xeyir işinə şou-biznesin tanınmış simaları qatılıb.

Qeyd edək ki, Əməkdar artistin oğlu Ayxan Gülarə adlı stomatoloqla evlənib. B.Sevdiyeva aylar öncə gəlini, oğlu ilə birgə efirə çıxmışdı. Həmin zaman açıqlamasında bildirmişdi ki, gəlinini xeyli müddət öncə evinə gətirib:

“Oğluma elçi getmişdik, amma “Hə” olmamışdı. Hər gün evimizdə söz-söhbət olurdu, Ayxana deyirdim ki, evlən. Artıq evlənən yaşındı. 28 yaşı var idi, iki il də nişanlı qaldılar. Qız toyu olub, amma oğlan toyu olmayıb. Karantinin bitməsini çox gözlədik, sonda qız tərəflə danışdıq, belə qərara gəldik ki, gəlini evimizə gətirək. Evimizdə kiçik bir məclis qurduq, gəlini evimizə gətirdik. Nə edək ki, belə alındı. Mən də anayam, arzularım var idi. Oğluma toy etmək istəyirdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest