Əməkdar artist izləyicisini polisə verdi

Əməkdar artist Nigar Şabanova (Qaragözova) sosial şəbəkədə ona təhqir yazan izləyicini polisə şikayət edib.

Bu barədə xanəndə sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, instaqramda səhifələrinin birində Şabanova ilə bağlı paylaşılan yazıya həmin şəxs təhqir yazıb:

“Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest